Konu 13

Səmalarda göründü
Vəhy 4:1-11 və Vəhy 5:1-14

Vəhy 4:1-11

 1 Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. 4 Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Tanrıın yeddi ruhudur. Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:

«Var Olmuş, Var Olan və Gəlməli Olan

Külli-İxtiyar Rəbb Tanrı

Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»

 9 Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə 10 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: 11 «Ey bizim Rəbbimiz və Tanrıımız!

Sən izzət, şərəf və qüdrət almağa layiqsən.

Çünki hər şeyi Sən yaratdın,

Hər şey Sənin iradənlə var olub yarandı».

Vəhy 5:1-14

 1 Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir». Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Tanrıın yeddi ruhudur. 7 Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. Onlar yeni bir nəğmə oxuyaraq deyirdi:

«Sən tumarı götürüb

Onun möhürlərini qırmağa layiqsən.

Çünki Sən kəsildin

Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları

Tanrı üçün Öz qanın bahasına satın aldın.

 10 Onları Tanrıımızla birgə

Padşahlığa və kahinliyə şərik etdin;

Onlar da yer üzünə padşahlıq edəcək».

 11 Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. 12 Onlar uca səslə deyirdi:

«Kəsilmiş Quzu

Qüdrəti, sərvəti, hikməti, qüvvəti,

Şərəfi, izzəti və alqışı

Almağa layiqdir».

 13 Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim:

«Taxtda Oturana və Quzuya əbədi olaraq

Alqış, şərəf, izzət və qüdrət olsun!»

 14 Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.

Sorular:

  • Səmalarda ibadət edənlər kimlərdir?

  • Göylərdə kimə ibadət olunur?

  • Yəhya “Budur, dünyanın günahını götürən Tanrıın Quzusu!” deyərkən kimi nəzərdə tuturdu. (Yəhya 1:29) Bu fəsildə qeyd olunan quzu ilə Yəhyanın qeyd etdiyi quzu arasında əlaqə tapa bilərsinizmi?

  • Müqəddəs Kitabın başqa hansı hissələri quzunun əhəmiyyətindən bəhs edir?