Konu 14

Qiyamət günü Apokalipsis və
Yeni Dünya
Vəhy 19:11-21 və Vəhy 20:1-15 və
Vəhy 21:1-27 və Vəhy 22:1-5

Vəhy 19:11-21

 11 Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. 12 Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. 13 O, qana batmış bir paltar geyinib və Onun adı Tanrıın Kəlamıdır. 14 Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. 15 Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Tanrıın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16 Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası». 17 Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Tanrıın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 18 padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz». 19 Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 20 Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 21 Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.

Vəhy 20:1-15

 1 Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. 2 O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi. 3 Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. 4 Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Tanrıın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi. 5 Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi. 6 Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Tanrıın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.

 7 Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək. 8 Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur. 9 Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı. 10 Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.

 11 Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. 12 Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. 13 Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. 14 Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. 15 Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.

Vəhy 21:1-27

 Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. 2 Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Tanrıın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 3 Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Tanrıın məskəni insanların arasındadır. Tanrı onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Tanrı Özü onların Tanrıı olaraq aralarında yaşayacaq. 4 Tanrı onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». 5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 6 O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 7 Qalib gələn bunları irs alacaq; “Mən ona Tanrı, o isə Mənə oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».

 9 Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». 10 O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Tanrıın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi.  11 Tanrıın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı.  12 Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. 13 Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. 14 Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. 15 Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 16 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi. 17 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi. 18 Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 19 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 20 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 21 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi. 22 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Tanrı və Quzudur. 23 Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Tanrıın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək. 25 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 26 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 27 Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.

Vəhy 22:1-5

 1 Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Tanrıın və Quzunun taxtından çıxır 2 və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. 3 Daha lənətlənən heç bir şey olmayacaq. Tanrıın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. 4 Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. 5 Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Tanrı onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.

Sorular:

  • Kim dirilib İsa Məsihlə birlikdə min il hökmranlıq edəcək? (20:4)

  • Adları Həyat Kitabında yazılmayanların aqibəti necə olacaq?

  • İkinci ölüm haqqında nə öyrənə bilərik?

  • Tanrıın məskəni əbədi olaraq harada tapılacaq? (21:3)

  • Əbədiyyəti harada keçirəcəksən?