Anahtar soruları

Müqəddəs Kitabı oxuyarkən həmişə verilən suallar:

Məntiq:

  • Siz öz sözlərinizlə oxuduğunuz bölməni təsvir edə bilərsinizmi?

  • Tanrı haqqında nə öyrənirik?

  • İnsan haqqında nə öyrənirik?

Hisslər:

  • Bu bölmələrdəki personajlar nə hiss etdilər?

  • Fəsli oxuyarkən ürəyinizdə hansı hisslər yarandı?

Təcrübə:

  • Bu bölmədə nümunə götürdüyünüz nəsə və ya kimsə varmı?

  • İtaət etməli olduğumuz bir əmr varmı?

  • Tətbiq etmək istədiyiniz prinsiplə rastlaşmısınızmı?

  • Anladıqlarınızı kiminlə bölüşmək istərdiniz?

Qrup şəklində Müqəddəs Kitabı oxuyarkən ən faydalı suallar:

Keçmişdə

  • Son bir həftədə sizi və ətrafınızdakıları nə sevindirdi və nə kədərləndirdi?

  • Oxuduğumuz hissəni həyatınızda necə tətbiq etdiniz və kimlərlə paylaşdınız?

Bu gün

  • Oxuduğumuz fəsildə hansı ayələri bəyənirsiniz?

  • Oxuduğumuz fəsildə hansı ayələri başa düşmədiniz və ya bəyənmədiniz?

  • Oxuduğumuz fəsildən Tanrı haqqında nə öyrənirik?

  • Oxuduğumuz fəsildə insan haqqında nə öyrənirik?

Gələcəkdə

  • Bu fəsildə öyrəndiklərinizi necə tətbiq edəcəksiniz və onu kiminlə bölüşəcəksiniz?