Konu 5

İsa Məsih: Hər Şeydə Birincidir
Koloseliler 1:15-19

 15 Görünməz Tanrının surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.  16 Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 17 Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. 18 Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. 19 Çünki Tanrı Onda tam bütövlüyü ilə yaşamağa 20 və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

Sorular:

  • Bu mətndə istifadə olunan “doğulmuş” sözü nə deməkdir?

  • İsa Məsihin dünyaya gəlməzdən əvvəl həyatı haqqında nə öyrənirik?

  • Bu fəsildə İsa Məsihin izzətini göstərən nələri görürük?

  • Burada öyrəndiklərinizi kiminlə bölüşmək istərdin?