Konu 3

İlkin Günah və Onun Nəticələri
Yaradılış 3

 1 Rəbb Tanrıın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Tanrı sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» 2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 3 Amma bağın ortasındakı ağacın meyvələri barədə Tanrı deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» 4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5 Əksinə, Tanrı bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Tanrı kimi olacaqsınız». 6 Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. 7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. 8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Tanrıın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Tanrıın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 9 Rəbb Tanrı Adəmi səsləyib dedi: «Haradasan?» 10 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11 Rəbb Tanrı dedi: «Kim
sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 13 Rəbb Tanrı qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». 14 Rəbb Tanrı ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən.
 15 Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan».
 16 Sonra Rəbb Tanrı qadına dedi: «Hamilə olanda sənə cox əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, o sənə ağalıq edəcək». 17 Sonra Rəbb Tanrı Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, gadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. 18 O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. 19 Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, cünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan». 20 Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. 21 Onda Rəbb Tanrı Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. 22 Sonra Rəbb Tanrı dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» 23 Rəbb Tanrı insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. 24 Rəbb Tanrı insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.

Sorular:

  • Tanrı haqqında nələr öyrənirik?

  • İnsan haqqında nələr öyrənirik?

  • Şeytanın iş tərzi haqqında nələr öyrənirik?

  • Günah baş verəndən sonra nə dəyişdi?

  • İlk günahdan sonra Tanrı hansı vədi verdi?

  • Günahdan sonra gələn ayıbı örtmək üçün Tanrı nə etdi?

  • Ayıbı örtmək və günahı götürmək üçün ilk qurbanı kim kəsdi?

  • Öyrəndiklərimizi kiminlə bölüşməliyik?