Konu 2

Adəm və Həvva
Yaradılış 2

 1 Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. 2 Tanrı yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. 3 Tanrı yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi. 4 Rəbb Tanrıın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Tanrı göyləri və yeri yaradanda 5 yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Tanrı yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. 6 Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. 7 Rəbb Tanrı yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. 8 Sonra Rəbb Tanrı şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. 9 Rəbb Tanrı torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. 10 Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
 11 Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. 12 Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.
 13 İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 14 Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. 15 Rəbb Tanrı insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16 Rəbb Tanrı insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 17 Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».

 18 Rəbb Tanrı yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».

 19 Rəbb Tanrı bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.

 20 İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 21 O zaman Rəbb Tanrı insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Tanrı onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22 Rəbb Tanrı insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23 İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən
götürülüb». 24 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. 25 Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

Sorular:

  • Tanrı haqqında nə öyrənirik?

  • İnsanın yaradılması və onun vəzifələri haqqında nə öyrənirik?

  • Tanrı qadınla kişi arasındakı münasibətin necə olmasını istəyir?

  • Tətbiq etmək istədiyiniz prinsiplə rastlaşmısınızmı?

  • Sizə açılanları kiminlə bölüşəcəksiniz?