Konu 12

Davud və Onun Rəbbi Olan Tanrısı
Məzmur 23 və 27

Məzmur 23

 1 Rəbb mənim çobanımdır, möhtac olmaram.

 2 O məni yaşıl çəmənlərdə dincəldir,

Sakit axan sular kənarında gəzdirir.

 3 Məni yenə də canlandırır,

İsmi şərəfinə salehlik yolları ilə aparır.

 4 Ölüm kölgəsinin dərəsində gəzsəm belə,

Şərdən qorxmaram, çünki Sən mənimləsən,

Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

 5 Düşmənlərimin qarşısında

Mənim üçün süfrə açırsan,

Başıma ətirli yağ çəkirsən,

Ağzınadək camımı doldurursan.

 6 Bəli, bütün həyatım boyu

Yaxşılıq, məhəbbət məni izləyir.

Bütün ömrüm boyu

Rəbbin evində yaşayacağam!

Məzmur 27

 1 Rəbbdir nurum, qurtuluşum!

Mən kimdən qorxum?

Rəbdir ömrümün qalası,

Mən kimdən vahimələnim?

 2 Ətimi yemək üçün hücum edən şər adamlar –

Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.

 3 Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,

Mənimlə döyüşsələr də, arxayınam.

 4 Rəbdən bir arzum, bir istəyim var:

Bütün ömrüm boyu Rəbbin evində yaşayım,

Məbədində Rəbbin camalına baxım,

Ona pərəstiş edim.

 5 Dar gündə məni çardağında gizlər,

Çadırının örtüyü ilə örtər,

Qaya başındakı yüksək yerə gətirər.

 6 İndi ətrafımdakı düşmənlərimin üzərində

Qələbələr çalacağam,

Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,

Onu ilahilərlə tərənnüm edəcəyəm.

 7 Ya Rəbb, dinlə, Səni çağırıram,

Lütf edib mənə cavab ver.

 8 Sən dedin: «Üzümü axtarın».

Ya Rəbb, mən Sənin üzünü axtarıram.

 9 Üzünü məndən gizlətmə,

Qulunu qəzəblə qovma.

Mənə Sən kömək etmisən,

Məni atma, tərk etmə,

Ey məni qurtaran Tanrım!

 10 Ata-anam məni atsa belə,

Rəbb məni qəbul edər.

 11 Ya Rəbb, yolunu mənə öyrət,

Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.

 12 Məni düşmənlərin əlinə salma,

Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.

 13 Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,

Buna şübhəm yoxdur.

 14 Rəbbə ümid bağla!

Möhkəm və cəsarətli ol!

Rəbbə ümid bağla!

Sorular:

  • Davudun Tanrıyla münasibəti haqqında nə başa düşə bilərik?

  • Davudun bu sözlərindən necə zövq alırsan?

  • Zəburu oxuyanda ürəyində hansı hisslər keçirdi?

  • Davudun sözlərindən hansı nümunələri götürürsən?

  • Sənə açılanları kiminlə bölüşmək istərdin?