Konu 3

İsa Məsih: İnsan Olan Tanrının Kəlamı
Yəhya 1:1-14

 Başlanğıcda Kəlam var idi. Kəlam Tanrıyla birlikdə idi. Kəlam Tanrı idi.  2 O, başlanğıcda Tanrıyla birlikdə idi.  3 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4 Həyat Onda idi və bu həyat insanların nuru idi.  5 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.  6 Tanrının göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi.  7 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.  8 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.  9 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.  10 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.  11 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.  12 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Tanrının övladları olmaq ixtiyarını verdi.  13 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Tanrıdan doğuldu.  14 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.

Sorular:

  • “Kəlam” haqqında nə öyrənirik?

  • “İşıq” haqqında nə deyə bilərik?

  • İsa Məsihin dünyaya gəlməzdən əvvəl həyatı haqqında nə öyrənirik?

  • Tanrı kimə Tanrının övladları olmaq hüququnu verdi?